online sifarişlərdə endirim və Bakı şəhərinin metrolarında ödənişsiz çatdırılma!

  • əsas səhifə
  • kitablar
  • müəlliflər
  • kontakt
  • Mehr
    • əsas səhifə
    • kitablar
    • müəlliflər
    • kontakt
  • əsas səhifə
  • kitablar
  • müəlliflər
  • kontakt

Muriel Spark - Miss Brodinin ömrünün baharı

  Qızlar qapının kandarına toplaşdılar və Miss Brodi onlara qapı ilə üzbəüz divara sancaqla bərkidilmiş posteri göstərdi. Posterdə irisifət kişi rəsmi vardı və aşağısında bu sözlər qeyd edilmişdi: 

“Təhlükəsizlik hər şeydən vacibdir.”

– Bu gördüyünüz adam Stenli Boldvindir, qızlar. O, bir vaxtlar Baş Nazir seçilmişdi, amma qısa müddətlik, –

  Qızlar qapının kandarına toplaşdılar və Miss Brodi onlara qapı ilə üzbəüz divara sancaqla bərkidilmiş posteri göstərdi. Posterdə irisifət kişi rəsmi vardı və aşağısında bu sözlər qeyd edilmişdi: 

“Təhlükəsizlik hər şeydən vacibdir.”

– Bu gördüyünüz adam Stenli Boldvindir, qızlar. O, bir vaxtlar Baş Nazir seçilmişdi, amma qısa müddətlik, – Miss Brodi izah etməyə başladı, – direktorumuz Miss Mekkey onun rəsmini hələ də divarda saxlayır, çünki “Təhlükəsizlik hər şeydən vacibdir” şüarına inanır. Amma təhlükəsizlik hər şeydən vacib deyil, Yaxşılıq, Həqiqət və Gözəllik, bax bunlardır hər şeydən vacib olan. Arxamca gəlin.

Bu, qızlara Miss Brodinin digər müəllimlərdən fərqli olduğunu göstərən ilk hadisə idi. Bəziləri isə ilk dəfə onda dərk etdi ki, böyüklərin dünyasında kiplənib qalmış insanlar bir-birindən tamamilə fərqli ola bilərmişlər.  Bunu qulaqlarına sırğa edən və şəxsən onlara heç bir zərər verməyəcək yeni qalmaqalın qoxusunu alan qızlar bu təhlükəli qadının arxasınca qarağacın sakit kölgəliyinə üz tutdular. 


 Bu kitab barədə iki məsələyə şübhə duyula bilməz: Miss Brodi ömrünün baharındadır və Muriel Spark modern klassik ədəbiyyatın ən istedadlı müəlliflərindən biridir! 

Miss Brodi ənənələrə sadiqliyi ilə tanınan qızlar məktəbinin yenilikçi müəllimidir və şagirdlərindən altısına nəinki gərəkli bildiyi təhsili verir, həm də onlarla ən gizli sirlərini, arzuları paylaşır. Amma Miss Brodiyə heyranlıq duyan və onun arzuladığı həyatı yaşamağa ürəkdən hazır olan bu qızlardan biri ona xəyanət edəcək.

“Miss Brodinin ömrünün baharı” baş gicəlləndirən karusel kimidir və Muriel Spark kitab boyunca oxucunu heyrətə salmaqdan, sujet xəttinə hər abzasda, hər cümlədə xəyanət etməkdən çəkinmir. 

Fərid Hüseynli - 37MM

   Deyv Simmons kinematoqrafiya dünyası üçün sirr qutusudur. Mükafat  yağmuruna tutulan bir neçə filmin rejissoru, uğurlu mühəndis, xoşbəxt  ailə sahibi. 

Film dünyasında  özünəməxsusluğu ilə seçilən filmləri ekranlaşdırdıqdan sonra məşhur  rejissor  gəldiyi kimi də yoxa çıxır, müsahibələrdən yayınır, uğurlu  karyerası barədə heç kimlə dan

   Deyv Simmons kinematoqrafiya dünyası üçün sirr qutusudur. Mükafat  yağmuruna tutulan bir neçə filmin rejissoru, uğurlu mühəndis, xoşbəxt  ailə sahibi. 

Film dünyasında  özünəməxsusluğu ilə seçilən filmləri ekranlaşdırdıqdan sonra məşhur  rejissor  gəldiyi kimi də yoxa çıxır, müsahibələrdən yayınır, uğurlu  karyerası barədə heç kimlə danışmır və bir daha film çəkmir.

İllər  sonra gənc muxbir-kinoşünas Kristina Uilyams heç bir jurnalistin əldə  edə bilmədiyi şansı ələ keçirir: dahi Deyv Simmons ona müsahibə verməyə  razılıq verir.

Öyrəndiyi sirləri həzm etməyə macal tapmayan Kristina çətin qərar verməlidir:

Bütün bunları ictimaiyyətlə paylaşmalıdır, yoxsa yox?

Larry Tremblay - Portağal bağı

  

“Uşaqları dilsiz heyvanları şallaqxanaya göndərirmiş kimi ölümə göndərəcəkdiksə,

onları dünyaya gətirməyin nə mənası vardı axı?!”

Amid və Əziz müharibə səbəbilə cəhənnəmə çevrilən adsız ölkənin hər şeydən uzaq, cənnət kimi portağal bağında böyüyən əkiz qardaşdırlar. Amma dağın o tayından gələn düşmən bombası nənə-babalarını öldürür və art

  

“Uşaqları dilsiz heyvanları şallaqxanaya göndərirmiş kimi ölümə göndərəcəkdiksə,

onları dünyaya gətirməyin nə mənası vardı axı?!”

Amid və Əziz müharibə səbəbilə cəhənnəmə çevrilən adsız ölkənin hər şeydən uzaq, cənnət kimi portağal bağında böyüyən əkiz qardaşdırlar. Amma dağın o tayından gələn düşmən bombası nənə-babalarını öldürür və artıq müharibə onların da reallığının bir parçasıdır. Əkizlərin valideynlərindən dünyanın ən çətin seçimi tələb olunur: hansı övladın itkisinə ağlayacaqlarına qərar vermək. İkisindən biri dağın o tayına keçməli və canı bahasına düşmənə zərbə endirməlidir. 

Amma acı tale öz sürprizləri ilə bu qərarı daha da çətinləşdirir...

Doqquz yaşındakı iki uşağın gözündən müharibə necə görünür? 

Uşaqlıq ilə yetkinlik arasındakı sərhəd nə vaxt aradan qalxır?

Ömür boyu günahkarlıq duyğusu ilə yaşamaq mümkündür? 

Bu, sevgi və kədərə, fədakarlıq və yalana, həyat və ölümə, müharibənin mərhəmətsiz üzünə dair zamansız romandır. 

Andri Snaer Magnason - Mavi Planetin hekayəsi

  

“Uçmaq istəyirsiniz? Quştək azad, kəpənək kimi yüngül?”

 Brimir və Hulda çox-çox uzaqlarda, kainatın bilinməyən ucunda, mavi  planetdəki kiçik adada yaşayırlar. Bu planetdə böyüklər yoxdur, sadəcə  uşaqlar, heyvanlar və bolluca macəra var.   


Amma bir gün özünü cənab Xoşvaxt adlandıran, qəribə görünüşlü bir adam  kosmik gəmisi ilə qəzaya 

  

“Uçmaq istəyirsiniz? Quştək azad, kəpənək kimi yüngül?”

 Brimir və Hulda çox-çox uzaqlarda, kainatın bilinməyən ucunda, mavi  planetdəki kiçik adada yaşayırlar. Bu planetdə böyüklər yoxdur, sadəcə  uşaqlar, heyvanlar və bolluca macəra var.   


Amma bir gün özünü cənab Xoşvaxt adlandıran, qəribə görünüşlü bir adam  kosmik gəmisi ilə qəzaya uğrayır və adaya düşür. Sadəlövh uşaqlar  arasında özünə asanlıqla yer tapmağı bacaran cənab Xoşvaxt uşaqlara  ən  şirin yuxularına layiq xəyallarını gerçəkləşdirməyə söz verir!      


Əyləncəli keçən günü axşamlar yatmalı olduqları üçün yarıda kəsmək?  

Daha həmişə gündüz olacaq!   

Yağış yağır deyə günü cansıxıntısı içində keçirmək?  

Daha bulud olmayacaq!   

Çimib təmizlənmək lazımdır deyə günün əyləncəli vaxtını əldən buraxmaq?  

Daha ehtiyac qalmayacaq!   

Bəs.. uçmaq necə?  

Lap quş kimi!   


Sadəcə dostluğun və uşaqca səmimiyyətin olduğu adaya yeni şeylər  gətirən cənab Xoşvaxt əvəzində uşaqların ürəklərinin dərinliyindəki  zəngin quyudan çox önəmli bir şeyi özünə götürür...    Amma əsl macəra hələ başlamayıb! Brimir və Hulda planetin onların  ucbatından nə hala düşdüyünü görəndə iki şeyi yenidən öyrənməlidirlər:  dostluq və ədalətin önəmini.   


Bu, uşaqlar üçün yazılmış sadə nağıl deyil, hər yaşdan oxuyucuya xitab  etməyi bacaran, insan xislətinə və uşaq qəlbinə dair möhtəşəm əsərdir. 

Dimitri Verhulst - Gecikən

  

“Körpüləri yandırmışam və geriyə yol yoxdur.”

  Ömrünüzün payızındasınız, uzun illər kitabxanaçı olaraq işləmisiniz və  74 illik ömürdən sizə qalan bunlardır: monoton həyat, tükənməkdə olan  bədən, yorucu evlilik və alt-üst olmuş xəyallar. Varlığını da  unutduğunuz özünə inam hissinizi geri qaytarmaq və həyatınızda yolunda  getməyən çox 

  

“Körpüləri yandırmışam və geriyə yol yoxdur.”

  Ömrünüzün payızındasınız, uzun illər kitabxanaçı olaraq işləmisiniz və  74 illik ömürdən sizə qalan bunlardır: monoton həyat, tükənməkdə olan  bədən, yorucu evlilik və alt-üst olmuş xəyallar. Varlığını da  unutduğunuz özünə inam hissinizi geri qaytarmaq və həyatınızda yolunda  getməyən çox şeyə səbəbkar olduğunu düşündüyünüz həyat yoldaşınızdan  qisas almaq istəyirsiniz. Nə edərdiniz?      


Dezayr Kordiyerin qeyri-adi planı var: özünü demensiya xəstəsi kimi  apararaq qocalar evinə yollanmaq! Sanki yaddaş və idrak qabiliyyəti onu  tamamilə tərk edib və mürəkkəbi silinən səhifələrlə dolu, yararsız  kitabçadan başqa bir şey deyil.   Amma həyatın Dezayr üçün fərqli planları var. Onu qocalar evində başqa  şeylər gözləyir və bunların arasında yeniyetməliyindən əmanət nakam  məhəbbət, qoca faşist fərari və ailə üzvlərinə dair bilmədikləri var.      


Belçika ədəbiyyatının xüsusi yazıçılarından biri olan Dmitri Verhulst  təkcə mövcudluğumuzun yaddaşla olan möhkəm əlaqəsinə diqqət çəkmir, həm  də azadlıqdan ömür boyu məhrum yaşamağa olan aludəçiliyimizi hədəfə  alır. Sarkastik yumor qabiliyyəti ilə bəzədiyi kəskin cümlələri üzünüzə  gülüş qondursa da, yanağınızı soyuq qış küləyi kimi kəsir və bəzi  şeyləri yaddaşınıza həkk edir: özümüzlə üzləşməyin və çıxış yoluna ümid  bəsləməyin önəmi kimi. 

John Banville - Dəniz

Maks Morden xatirələrin bihuşedici gücünə sığınmaq, acı reallıqdan  qaçmaq istəyir. Həyat yoldaşının ölümündən sonra başının üstünü alan  kədər, qəzəb və tənhalıqdan az da olsa, uzaqlaşmaq üçün Maks uşaq vaxtı  ailəsi ilə birlikdə tətilə gəldiyi kiçik, dənizkənarı qəsəbəyə, ilk  məhəbbətin təravəti və ölümün qəfilliyi ilə tanış olduğu yer

Maks Morden xatirələrin bihuşedici gücünə sığınmaq, acı reallıqdan  qaçmaq istəyir. Həyat yoldaşının ölümündən sonra başının üstünü alan  kədər, qəzəb və tənhalıqdan az da olsa, uzaqlaşmaq üçün Maks uşaq vaxtı  ailəsi ilə birlikdə tətilə gəldiyi kiçik, dənizkənarı qəsəbəyə, ilk  məhəbbətin təravəti və ölümün qəfilliyi ilə tanış olduğu yerə qayıdır.  Və beləcə, Qreys ailəsinə dair xatirələr illər sonra üzə çıxır. İsti,  xoş, bir o qədər də ürküdücü xatirələr. Amma Maks yaddaşının tozlu  rəflərində gizlənmiş bu xatirələrin sirrini yenidən kəşf etməlidir.  Yaşadıqlarının hamısı həqiqətdir, yoxsa bir hissəsi onun uydurmasıdır?  İllər ötdükcə keçən günləri olduğu kimi xatırlayırıq, ya olmasını  istədiyimiz kimi?  Həyatımızın mərkəzində duran bir çox sualları dilə gətirən Con Bənvil  bizə məhəbbət, itki və yaddaşın gözlənilməz gücünə dair unudulmaz əsər  təqdim edir. Cavablar isə sətiraralarındadır.  “İndiyə qədər yazdığı ən yaxşı romanı budur... İnsanın ağlını başından  alan, möhtəşəm cümlələrlə doludur”. - Daily Telegraph 

Jochem Myjer - Qorqellər

Jochem Myjer - Qorqellər

Jochem Myjer - Qorqellər

 Gecənin bir yarısı yuxudan oyanan Melle çarpayısında qəribə, balaca, lap yun yumağına oxşayan bir məxluq görür... Amma işığı yandıranda bu varlıq yoxa çıxır.

Melle məktəbdə bu haqda danışanda hər kəs ona gülür. Hətta bioloq atası belə məxluq barədə danışdığı üçün hirslənir də. Ancaq Melle gözlərinin onu aldatmadığından əmindir. Bu qəribə

 Gecənin bir yarısı yuxudan oyanan Melle çarpayısında qəribə, balaca, lap yun yumağına oxşayan bir məxluq görür... Amma işığı yandıranda bu varlıq yoxa çıxır.

Melle məktəbdə bu haqda danışanda hər kəs ona gülür. Hətta bioloq atası belə məxluq barədə danışdığı üçün hirslənir də. Ancaq Melle gözlərinin onu aldatmadığından əmindir. Bu qəribə yun yumağı məxluqların – qorqellərin axtarışına çıxan Melleni inanılmaz macəralar gözləyir. Bəs macəra özü ilə hansı təhlükələri gətirəcək?

Əgər bir uşağın otağında xoşniyyət qorqellər peyda olubsa, deməli, yaxınlıqda düşmənlər – iyrənc ifritlər də var... Heyrətamiz sərgüzəştlərə və cəsarət tələb edən mübarizəyə hazır olun! 

Copyright © 2022 nebula-publishing.com – Bütün hüquqlar qorunur

Unterstützt von

This site uses cookies.

We use cookies to analyze website traffic and to optimize your user experience on this website. If you accept cookies, your data will be merged with that of other users.

accept